Aleks son qərarını verdi
20.12.2008 - 11:22
Aleks son qərarını verdi
Bir çox tanınmış klubların gündəmində olan Aleks de Souza son qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçu karyerasını “Fənərbaxça”da davam etdirəcəyini bildirib.

Bununla da Aleks kapitanı olduğu kollektivə növbəti dəfə sədaqətini nümayiş etdirib. İstedadlı yarımmüdafiəçi bildirib ki, son qərarından klub rəsmiləri də xəbərdardır və yanvarda yeni müqavilənin detalları müzakirə olunacaq.

Qeyd edək ki, “Fənərbaxça”nın simvoluna çevrilən Aleksin klubla müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
0