Əmrə jurnalistə: Səni sabaha kimi döyərəm
20.12.2008 - 12:09
Əmrə jurnalistə: Səni sabaha kimi döyərəm
Türkiyə yığmasının və “Fənərbaxça” klubunun üzvü Əmrə Bələzoğlu yenə hamını təəccübləndirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu bu dəfə jurnalistlərə kəllə-kəlləyə gəlib.

Hadisə Konya şəhərində baş verib. Bələzoğlu yerli “Konyaspor”la oyundan əvvəl şəklini çəkməyə çalışan “Kanaltürk”ün müxbirini kobud şəkildə itələyib. Bununla sakitləşməyən yarımmüdafiəçi daha sonra “Anadolu Ajansı”nın təmsilçisini “Səni sabaha kimi döyərəm” sözləri ilə təhdid edib.

Qeyd edək ki, Bələzoğlu bir neçə gün öncə Dənizli şəhərinin hava limanında bir azarkeşlə əlbəyaxa olmuşdu.
0