Berti Foqts: Almaniyada tükənən məşqçi
20.12.2008 - 12:10
Berti Foqts: Almaniyada tükənən məşqçi
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsu Nigeriyada hələ də unutmayıblar. Apasport.az saytının məlumatına görə, afrikalılar almaniyalı mütəxəssisin yığma komandanı çalışdırdığı vaxt milliyə heç bir fayda vermədiyini düşünürlər. İlin əvvəlində Qanada keçirilən qitə birinciliyindən sonra istefa verən Foqtsun arxasınca danışan nigeriyalı həmkarlarımız indi də onu həmin posta gətirənlərdən narazılıq edirlər: “Millətlər Kuboku”nda uğurlu çıxış etmək üçün səviyyəli baş məşqçi axtaran federasiya başbilənləri Avropaya üz tutdu. “Super qartallar” üçün dünya səviyyəli mütəxəssis gətirməli olanlar Foqtsun üzərində dayandırır. Almaniyada tükənən çalışdırıcı bir müddət Şotlandiya yığmasını da göydən yerə vurub. Yerli futbola bələd olanlar Foqtsun düz yolda olmadığını deyəndə onun müdafiəçiləri mütəxəssisin islahatlar apardığını söyləyirdi. O isə Nigeriya yığmasını Şotlandiyadan da pis günə qoydu. Amma onu ölkəyə gətirənlərə xalqı aldatdıqları üçün güldən ağır söz demədilər”.
0