MOİK-in futbolçuları soyundu - FOTO
20.12.2008 - 12:49
MOİK-in futbolçuları soyundu - FOTO
Bolqarıstan MOİK-i yeni layihə hazırlayıb. Apasport.az saytının məlumatına görə, klub prezidenti Aleksandr Tomov 2009-cu il üçün buraxılan təqvimdə komandanın futbolçuların erotik şəkillərinin yer almasını istəyib. Lakin bu təqvim gözlənildiyindən də böyük əks-sədaya səbəb olub.

Belə ki, hərbçilərin fanklubu layihəni “mavilərə” xas adlandıraraq azarkeşləri təqvim almamağa çağırıb. Satış qiyməti 16 bolqar levi (11,4 ABŞ dolları) olan təqvimdən qazanc götürə bilməyəcəyini görən MOİK-in rəsmi saytı bu layihənin yaranma səbəblərini izah edib: “Bolqar kişilərin müstəqilliyini təcəssüm etdirən şəkillərini çəkdirən futbolçular təşəkkürə layiqdir. Onlar sübut etdi ki, ölkəmizdəki kişilər xanımlarından asılı deyil”.

Erotik təqvimə klubun yalnız 9 futbolçusu çəkilib. Tomov ailəli olanların soyunmaqdan imtinasını heç də müsbət qarşılamayıb.
0