Xanımı Bekhemi qalmaqalçı jurnalistə qısqandı - FOTO
20.12.2008 - 15:11
Xanımı Bekhemi qalmaqalçı jurnalistə qısqandı - FOTO
Dünya futbolunun ən məşhur simalarından olan Devid Bekhemin həyat yoldaşı Viktoriya Bekhem gündəmdə qalmaqda davam edir. Apasport.az saytının məlumatına görə, tanınmış müğənnin son addımı da təəccüblə qarşılanıb.

Viktoriya mart ayına qədər İtaliyanın “Milan” klubunda icarə əsasında oynayacaq həyat yoldaşının rəsmi təqdimat mərasiminin təşkilinə müdaxilə edib. Onu özündən “San-Siro” stadionunda təşkil olunacaq tədbirə aparıcı qismində “Sky Sport” kanalının idman müxbiri İlariya Damiçonun dəvət alması çıxarıb. Cazibədar jurnalist xanımı qısqanan Viktoriya dərhal məsələyə qarışıb və onun tədbirə gəlməsini bir zəng vasitəsi ilə əngəlləyib.

Bu işin öhdəsindən “Milan”ın vitse-prezidenti Adriano Qalliani gəlməli olacaq. İtaliya mətbuatı isə öz növbəsində Viktoriyanın qısqanclığının əsassız olmadığını irəli sürüb. Xəbərdə İlariyanın adının bir neçə dəfə qalmaqallarda hallandığı bildirilib.
0