İqor Ponomaryovun nəyə ehtiyacı var?
21.12.2008 - 12:46
İqor Ponomaryovun nəyə ehtiyacı var?
“Futbolçular tam 1 ay məzuniyyətdə olublar. Bu, çox böyük fasilədir. İlk növbədə onların fiziki durumlarını bərpa etmək lazımdır. Daha sonra yetirmələrimə ikinci dövrə üçün planlaşdırdığımız oyun tərzini aşılamağa başlayacağıq”. Apasport.az saytının məlumatına görə, bunu “Xəzər-Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov deyib.

Təcrübəli çalışdırıcı klubun rəsmi İnternet saytına açıqlamasında bildirib ki, yanvarın 4-dən 28-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışı böyük əhəmiyyət daşıyacaq: “Hazırlıq prosesi çərçivəsində hər gün iki məşq nəzərdə tutulub. Heyətin gücləndirilməsi məsələsi də Antalyada həllini tapacaq. “Xəzər Lənkəran” yaxşı heyətə malikdir. İndi bizim yalnız dəqiq seleksiyaya ehtiyacımız var. Məsələn, rəqabət artmalıdır, bunun üçün bir-iki oyunçu ilə anlaşa bilərik”.

Bakıya döndükdən sonra 3 gün istirahət edəcək komanda üzvləri fevralın 1-də Lənkərana yollanacaqlar. İkinci dövrənin startınadək “Xəzər-Lənkəran”ın əvəzedici heyəti və ya başqa bir klubla yoxlama matçının keçirilməsi planlaşdırılıb.
0