“Mançester Yunayted” dünya çempionu oldu
21.12.2008 - 16:23
Futbol klubları arasında Yaponiyada təşkil olunan dünya çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışın qalibi İngiltərənin “Mançester Yunayted” komandası olub. Aleks Feryussonun rəhbərlik etdiyi kollektiv həlledici qarşılaşmada LDU (Ekvador) klubuna qalib gəlib - 1:0.
Hərçənd, qələbə mançesterlilərə asan başa gəlməyib. Belə ki, görüşün özbəkistanlı baş hakimi Rövşən İrmatov 49-cu dəqidədə Nemanya Vidiçi meydandan qovub. Azlıqda qalan “Mançester Yunayted” ruhdan düşməyib. Final fitinə 16 dəqiqə qalmış Ueyn Runi yeganə qola imza atıb.
Çempionatda üçüncü pilləni yerli “Qamba Osaka” komandası tutub. Yaponiyalılar Meksika təmsilçisi “Paçuka”nı məğlub etdikləri (1:0) üçün bürünc medala layiq görülüblər.

0
0