Berti Foqts: Mən buna yalnız təəccüblənə bilərəm
22.12.2008 - 10:32
Berti Foqts: Mən buna yalnız təəccüblənə bilərəm
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts növbəti qalmaqalın iştirakçısına çevrilib. Apasport.az saytının məlumatına görə, bir vaxtlar Almaniya milli komandasına rəhbərlik edən mütəxəssis sabiq yetirmələrindən biri ilə də münasibətlərini korlayıb. Lotar Matteus və Ştefan Effenberqlə münaqişələri tarixə düşən Foqts bu dəfə Mattias Zammerə söz atıb.

1996-cı ildə Almaniyanı Avropa çempionu edən baş məşqçi həmin heyətdə yer alan Zammerin digər qitə çempionu Markus Babbelə güzəşt etməsindən narahatdır. Belə ki, 62 yaşlı mütəxəssis Almaniya Futbol Federasiyasında (DFB) idman direktoru vəzifəsində çalışan Zammeri “Ştutqart”ın baş məşqçisi Babbelə güzəşt etməkdə ittiham edir: “Mən buna yalnız təəccüblənə bilərəm. Necə olur ki, B lisenziyalı məşqçiyə Bundesliqada çalışmağa icazə verilir”.

Foqtsun fikirlərinə cavab verən Zammer Babbelə edilən güzəştin yalnız mövsümün sonunadək etibarlı olduğunu bildirib.
0