Klub prezidenti Hakimlər Komitəsi sədrinin anasına söydü
22.12.2008 - 12:53
Klub prezidenti Hakimlər Komitəsi sədrinin anasına söydü
Türkiyə Superliqasının XVI turu çərçivəsində baş tutan “Qalatasaray” – “Beşiktaş” derbisi qalmaqalla diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, komandasının 2:4 hesablı məğlubiyyətini həzm edə bilməyən Yıldırım Dəmirörən acığını Hakimlər Komitəsinin (HK) sədri Oğuz Sarvandan çıxıb.

Oyunun ikinci hissəsində komandanın argentinalı kapitanı Matias Delgadonun qırmızı kart görməsindən sonra ayağa qalxan “Beşiktaş” rəsmisi nümayişkaranə şəkildə Sarvanı alqışlayıb. Matçın final fitindən sonra da sinirlərinə hakim ola bilməyən Dəmirörən HK sədrinin anasının ünvanına ədəbsiz ifadələr işlədib. Klub prezidentini müşayiət edən digər rəsmilər də onunla həmrəy olduqlarını bildiriblər.
0