Oleq Gerasimyuka Kiyev “Dinamo”suna qayıtmaq tapşırılıb
22.12.2008 - 13:22
Oleq Gerasimyuka Kiyev “Dinamo”suna qayıtmaq tapşırılıb
“Neftçi” klubunun ukraynalı yarımmüdafiəçisi Oleq Gerasimyuk Kiyevə dönür. Apasport.az saytının məlumatına görə, ilk dövrədə icarə əsasında dördqat Azərbaycan çempionunun heyətində çıxış edən 22 yaşlı futbolçunun müqaviləsi başa çatıb. Gerasimyukun agenti Şandor Varqa bu səbəbdən onun Kiyev “Dinamo”sunun sərəncamına qayıtmasının vacibliyini qeyd edib. Bu klubla müqaviləsi olan Oleqin karyerasını harada davam etdirəcəyi hələ məlum deyil.

Qeyd edək ki, Gerasimyuk yayda sabiq baş məşqçi Anatoli Demyanenkonun təşəbbüsü ilə “Dinamo”dan yarım illiyə icarəyə götürülüb.
0