Milan Baroşun qolundan sonra 30 yaşlı azarkeş öldü
22.12.2008 - 15:11
Milan Baroşun qolundan sonra 30 yaşlı azarkeş öldü
Türkiyə Superliqasının XVI turu çərçivəsində baş tutan “Qalatasaray” – “Beşiktaş” derbisi bir azarkeşin həyatına son qoyub. Apasport.az saytının məlumatına görə, sevimli komandasının məğlubiyyətindən şoka düşən 30 yaşlı azarkeşin ürəyi dayanıb.

Bədbəxt hadisə Ədirnə şəhərinin Keşan qəsəbəsində baş verib. Çayxanada dostları ilə görüşü izləyən Osman Asekinin Milan Baroşun ifasında “Qalatasaray”ın 4-cü qolundan sonra ürəyi dayanıb. Oturduğu stuldan yerə yıxılan 3 uşaq atası xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
0