“İnter” Türkiyədə Rusiya klubları ilə görüşməyəcək
22.12.2008 - 15:28
“İnter” Türkiyədə Rusiya klubları ilə görüşməyəcək
Bakının “İnter” klubu “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinə hazırlıq oyunlarında Rusiya təmsilçiləri ilə qarşılaşmayacaq. Komandanın ukraynalı baş məşqçisi Valentin Xodukin apasport.az saytına açıqlamasında bunu şimal qonşularımızın imtinası ilə əlaqələndirməyib. Ukraynalı mütəxəssisin sözlərinə görə, Rusiya klublarının hazırlıq planları buna imkan vermir: “Məlum olduğu kimi, gələn ilin yanvarında çıxış edəcəyimiz Moskva turnirinə Türkiyənin Antalya şəhərində hazırlaşacağıq. Moskvaya da birbaşa oradan getməyi planlaşdırmışıq. Ruslar yanvarın 3-dək 17-dək hazırlıq prosesində Antalyada olmadıqları üçün “Birlik kuboku”na hazırlıq məqsədilə onlarla yoxlama oyunu keçirməyimiz alınmır. Ancaq Moskva turnirindən sonra Antalyada ikinci təlim-məşq toplanışında ruslarla görüşə biləcəyik”.
0