“Xəzər-Lənkəran” klubunda şok istefa
22.12.2008 - 15:35
“Xəzər-Lənkəran” klubunda şok istefa
Araz Nəsirov “Xəzər-Lənkəran” klubunun vitse-prezidenti postundan uzaqlaşdırılıb. Bu barədə apasport.az saytına açıqlama verən etibarlı mənbənin sözlərinə görə, buna Nəsirovla komanda rəhbərliyi arasında yaranan narazılıq səbəb olub.

Nəsirov isə apasport.az saytına açıqlamasında ətraflı danışmasa da, məlumatı təsdiqləyib: “Amma bu barədə sonra ətraflı açıqlama verəcəyəm”.

Nəsirovu vitse-prezident postunda 24 yaşlı Rəvan Bəşirov əvəz edəcək. O, ”Xəzər-Lənkəran” fanklubunun prezidenti olub.

Xatırladaq ki, Nəsirov 4 ay əvvəl “Xəzər-Lənkəran”da vitse-prezident postunda Tuyqun Nadirovu əvəzləmişdi.

“Xəzər-Lənkəran” klubunun saytında yerləşdirilən məlumata görə, Nəsirov komanda prezidentinin qərarına əsasən, yenidən “Palmali” Şirkətlər Qrupunda çalışacaq. O, şirkətin Türkiyədəki baş ofisində işləyəcək.

0