İqor Ponomaryov: Vitse-prezident dəyişibsə, deməli, belə məsləhətdir!
22.12.2008 - 16:52
İqor Ponomaryov: Vitse-prezident dəyişibsə, deməli, belə məsləhətdir!
“Komandada vitse-prezident postunda dəyişiklik edilməsindən xəbərim yoxdur. Araz Nəsirovu Rəvan Bəşirovun əvəz etməsini sizdən eşidirəm”. Bunu apasport.az saytına açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov deyib.

Hazırda İsveçdə olan 48 yaşlı mütəxəssis üçün vitse-prezident vəzifəsində dəyişiklik edilməsi onun üçün gözlənilməz olub. Bununla belə, Ponomaryov rəhbərliyin işinə qarışmağı düzgün saymır: “Klubun prezidenti var və lazımı qərarları verir. Vitse-prezident postunda dəyişiklik ediblərsə, deməli, belə lazım imiş. Hər halda, onlar hansı qərarları qəbul etməyi lazım olduğunu bilirlər. “Xəzər-Lənkəran”la danışıqlar aparmaq üçün Bakıda çox qısa müddətdə oldum. Buna görə də rəhbərliklə yaxından tanış deyiləm. Hər halda, Nəsirov məndə yaxşı insan təsiri bağışladı. O, mədəni insandır”.

Qeyd edək ki, Ponomaryov noyabrın 27-də “Xəzər-Lənkəran”ın baş məşqçisi təyin olunub.
0