Vadim Vasilyev “Xəzər-Lənkəran”a məşqçi təyin olundu
22.12.2008 - 17:10
Vadim Vasilyev “Xəzər-Lənkəran”a məşqçi təyin olundu
“Xəzər-Lənkəran” klubunun baş məşqçisi İqor Ponomaryov daha bir köməkçisini müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı Vadim Vasilyev Lənkəran təmsilçisinin məşqçilər korpusunda çalışacaq.

Vasilyev futbolçu karyerasını ötən mövsüm Bakının “Standard” klubunda başa vurduqdan sonra kənarda qalmışdı. Karyerası boyu məhsuldar hücumçu kimi tanınan Vadim “Neftçi”nin heyətində 4 il öncə “qızıl dubl” edib.

Qeyd edək ki, Ponomaryovun digər köməkçiləri Samir Ələkbərovla Hafiz Əliyev olacaq.
0