Yaponiya yenə dünya çempionatı keçirmək istəyir
22.12.2008 - 17:18
Yaponiya yenə dünya çempionatı keçirmək istəyir
Yaponiya yenidən futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir. Apasport.az saytının məlumatına görə, bunu Yaponiya Futbol Assosiasiyasının prezidenti Motoaki İnukai deyib. O, ölkəsinin 2018-ci və ya 2022-ci ildə baş tutacaq dünya çempionatını keçirmək istədiyini söyləyib.

Yeri gəlmişkən, Tokio 2016-cı il Yay Olimpiya Oyunlarının paytaxtı olmağa da iddialıdır. Bu olimpiadanın təşkil olunacağı şəhərin adı gələn ilin sentyabrında açıqlanacaq. Yaponiyalılar da məhz bundan sonra FİFA-ya müraciət edib-etməyəcəklərini müəyyənləşdirəcəklər.

İnukai vurğulayıb ki, olimpiadanın təşkilat hüququ Tokiya verilərsə, onda gələcəkdə dünya çempionatı keçirilməsinə hazırlıq zamanı infrastruktur məsələsi avtomatik olaraq, həllini tapacaq.

Qeyd edək ki, Yaponiya 6 il öncə Cənubi Koreya ilə birgə ilk dəfə dünya çempionatına ev sahibliyi edib.
0