Bülənt Uyğunun 10 yaşlı qızı döyüldü
22.12.2008 - 17:19
Bülənt Uyğunun 10 yaşlı qızı döyüldü
Türkiyə Superliqasının XVI turu çərçivəsində Ankarada yerli “Gənclərbirliyi” və “Sivasspor” klubları arasında keçirilən oyun zamanı ağlasığmaz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, qonaq komandanın baş məşqçisi Bülənt Uyğunun qızı mühafizəçilərin kobudluğuna məruz qalıb.

Görüşü stadiondan canlı izləyən 10 yaşlı Almina “Gənclərbirliyi” klubunun prezidenti İlhan Cavcavın şəxsi mühafizəçisi tərəfindən döyülüb. Körpəni təhqir edən stadion işçisi ona bir neçə zərbə endirib. “Sivasspor” klubu Cavcavı məsələni araşdırmağa və lazımı ölçü götürməyə səsləyib.

Qeyd edək ki, bu görüşdə rəqibini 2:1 hesabı ilə üstələyən “Sivasspor” 34 xalla zirvəni ələ keçirib.
0