“Muğan” əvəzedici heyətin 6 futbolçusunu heyətə cəlb edib
22.12.2008 - 17:39
“Muğan” əvəzedici heyətin 6 futbolçusunu heyətə cəlb edib
İkinci dövrənin hazırlıqlarına hamıdan tez başlayan Salyanın “Muğan” klubu məşqlərə yeni oyunçular cəlb edib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Premyer Liqasının debütantı əvəzedici heyətin 5-6 futbolçusunu heyətinə qatıb. Lakin bu müvəqqəti xarakter daşıyır. Belə ki, birinci dövrədən sonra aparılan islahatlar nəticəsində “Muğan” futbolçularının yarıdan çoxu ilə yollarını ayırmışdı. Belə vəziyyətdə 10-12 nəfərlə hazırlaşmaq mümkün olmadığından əvəzedicilər məşqlərə qatılır. Komandanın baş məşqçisi Vladislav Qədirovun sözlərinə görə, bu addım yeniyetmələrin sınanmasından daha çox, say düzəltməyə xidmət edir. Mütəxəssis əsas heyətə cəlb olunacaq yenilərin yalnız gələn ilin ilk günlərində məlum olacağını da bildirib.
0