Makedoniya yığmasının yarımmüdafiəçisi “Olimpik”lə müqavilə bağlamadı
22.12.2008 - 18:42
Makedoniya yığmasının yarımmüdafiəçisi “Olimpik”lə müqavilə bağlamadı
Makedoniya yığmasının sabiq yarımmüdafiəçisi Vulnet Emini Bakının “Olimpik” klubu ilə müqavilə bağlamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, bakılılarla danışıqlar aparan 30 yaşlı yarımmüdafiəçi vətənində qalmağa qərar verib. Öncə “Olimpik”in əla şərtlərini qəbul edən Emini sonda təmsilçimizlə deyil, il yarımdır çıxış etdiyi “Renova” ilə yeni müqaviləyə imza atıb: “Bakının “Olimpik” komandası ilə bütün şərtləri razılaşdırmışdıq. Yalnız müqavilənin imzalanması qalırdı ki, bunu da yaxın zamanda gerçəkləşdirəcəkdik. Lakin “Renova” klubundan daha cəlbedici təklif almağım qərarımı dəyişdirməyə səbəb oldu. Əla şərtlərlə yanaşı, bu komanda yayda qitə kuboklarında iddiasını ortaya qoyacaq ki, bunun özü də əlavə üstünlükdür”.

Qeyd edək ki, Emini 2006-cı ildə Makedoniya millisinin şərəfini qoruyub.
0