“Bakı”nın futbolçusu: “Ayntraxt”ın baş məşqçisi məni buraxmaq istəmirdi
22.12.2008 - 19:10
“Bakı”nın futbolçusu: “Ayntraxt”ın baş məşqçisi məni buraxmaq istəmirdi
“Almaniyaya səfərimin karyeramda böyük rol olacağını düşünürəm. “Ayntraxt” klubunda bir aylıq hazırlığımda şərait yaradıldığına görə AFFA və “Bakı”nın rəhbərliyinə minnətdarlığımı bildirirəm”. Apasport.az saytının məlumatına görə, bunu “Bakı” klubunun və Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının futbolçusu Andrey Popoviç deyib.

Almaniyadan yeni qayıdan yeniyetmə futbolçu klubun rəsmi saytına müsahibəsində səfəri haqda geniş məlumat verib. Almanları o qədər istiqanlı hesab etməyən Andreyin sözlərinə görə, orada təəccübünə səbəb bir şey görməyib: “Düzünü desəm, “Ayntarxt”ın aşağı yaş qruplarındakı futbolçularda qeyri-adi heç nə görmədim. Belələrini bizdə də görmək olar. Məşq üsulları adi qaydadadır. Orada uşaq və yeniyetmə komandalarına maraq elə də böyük deyil. Boş vaxtlarımızı oyunları izləməklə keçirdik. “Ayntraxt”ın “Hannover-96“ və “Bohum”la ev oyunlarını canlı izlədik. Ayntaxt”ın əvəzediciləri sayılan 23 yaşlılardan ibarət komandanın baş məşqçisi məni çox bəyənmişdi. O, məni buraxmaq istəmirdi”.
0