UEFA AFFA-nı fəxri fərmanla təltif etdi
22.12.2008 - 19:21
UEFA AFFA-nı fəxri fərmanla təltif etdi
UEFA-nın Kütləvi Futbol Proqramı çərçivəsində AFFA-nın həyata keçirdiyi tədbirlər qitə futbol qurumu diqqətindən yayınmayıb. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, qurumun gördüyü işlər UEFA tərəfindən yüksək qiymətləndirilib. Uşaq futbolunun təbliği, məhəllələrarası futbol turnirlərinin, həmçinin tələbələr arasında I Respublika çempionatının yüksək səviyyədə təşkili və keçirilməsi ilə əlaqədar UEFA AFFA-nı fəxri fərmanla təltif edib
0