Futbol yığmamız yoldaşlıq görüşündə qalib gəldi
22.12.2008 - 22:58
Futbol yığmamız yoldaşlıq görüşündə qalib gəldi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası (U-21) Sumqayıtda keçirdiyi təlim-məşq toplanışı çərçivəsində yoldaşlıq görüşündə qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin yetirmələri “Bakı” klubunun əvəzedici heyəti ilə qarşılaşıblar.

Yoxlama matçı U-21-in 2:1 hesablı qələbəsi ilə nəticələnib. Mehdi Hüseynzadə adına stadionda keçirilən oyunda yığmanın qollarına Maksim Medvedyev və Bəxtiyar Soltanov imza atıb. Ən maraqlısı isə budur ki, Bəxtiyar məhz şərəfini qoruduğu klubu cəzalandırıb.
0