Azərbaycan çempionunun rəqibinə səkkiz mükafat
23.12.2008 - 11:49
Azərbaycan çempionunun rəqibinə səkkiz mükafat
Gələn ilin yanvarında Rusiyada keçiriləcək “MDB və Baltika ölkələrinin çempionlarının Birlik kuboku” turnirində Bakının “İnter” klubunun rəqibi olan “Ventspils” xeyli mükafat qazanıb. Apasport.az saytının məlumatına görə, müxtəlif nominasiyalarda ilin ən yaxşılarını müəyyənləşdirən Latviya Futbol Federasiyası ölkə çempionuna 8 mükafat verib.

“Ventspils”in qapıçısı Andris Vanin üç nominasiyanın qalibi olub. İlin futbolçusu seçilən futbolçu həm də ölkə çempionatının ən yaxşı futbolçusu və qapıçısı mükafatlarına sahib çıxıb. Komandanın digər oyunçusu Vitas Rimkus mövsümün bombardiri və ən yaxşı hücumçusu kimi təltif olunub. “Ventspils”in ukraynalı çalışdırıcısı Roman Qriqorçuk ilin məşqçisi, klubun mətbuat xidməti Mixail Korolyov isə ən yaxşı rusdilli jurnalist kimi mükafatlandırılıb. Oyunların təşkilinə görə də birinci olan “Ventspils” bu nominasiyanın da qalibi olub.
0