“Beşiktaş”ın prezidenti futboldan uzaqlaşdırıla bilər
23.12.2008 - 12:32
“Beşiktaş”ın prezidenti futboldan uzaqlaşdırıla bilər
Türkiyənin “Beşiktaş” klubunun rəhbərliyini ciddi cəza gözləyir. Apasport.az saytının məlumatına görə, buna İstanbul təmsilçisi rəsmilərinin “Qalatasaray”la derbi matçda nalayiq hərəkətlərə yol verməsi səbəb olub.

Nizam-İntizam Komitəsinin 31-ci maddəsinə əsasən, klub prezident Yıldırım Dəmirörən və digər rəsmilər 6 aydan 1 ilədək cəza alacaqlar. Onlara, həmçinin 100 min YTL-yədək pul cəriməsi kəsiləcək.

Xatırladaq ki, komandasının 2:4 hesablı məğlubiyyətindən narazı qalan Dəmirörən Hakimlər Komitəsinin sədri Oğuz Sarvanın ünvanına təhqiramiz ifadələr işlədib. Digər “Beşiktaş”lı rəsmilər də eyni sözləri təkrarlayıblar. Onlardan bəziləri isə meydana girərək oyunun baş hakimi Cüneyt Çakırı təhqir ediblər.
0