“Qalatasaray” Ümit Karanı transferə çıxarır
23.12.2008 - 13:48
“Qalatasaray” Ümit Karanı transferə çıxarır
“Qalatasaray” rəhbərliyi komandanın kapitanı Ümit Karanla yollarını ayırmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu yanvarda transferə çıxarılacaq.

Buna, Karanın əsas heyətə düşə bilməməsi səbəb olub. Çexiyalı Milan Baroşun gəlişindən sonra ehtiyatda qalan Ümit cəmi 8 oyunda çıxış edib. Amma yüksək qol duyumu ilə seçilən hücumçu meydanda olduğu 380 dəqiqə ərzində fərqlənə bilməyib.

Xatırladaq ki, “Qalatasaray” rəhbərliyi ötən mövsüm Necati Atəş, cari mövsümün əvvəlində isə Hakan Şükürlə vidalaşıb.
0