Hakan Şükür: Pul məni Azərbaycanda oynamağa vadar elə bilməz
23.12.2008 - 17:12
Hakan Şükür: Pul məni Azərbaycanda oynamağa vadar elə bilməz
“Çox böyük məbləğdə pullar da məni bəzi ölkələrdə oynamağa vadar edə bilməz. Çünki karyerasını düşünənlərin tam fərqli hədəfləri olur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Türkiyə yığmasının və “Qalatasaray” klubunun sabiq futbolçusu Hakan Şükür deyib.

Bir müddət əvvəl “Xəzər-Lənkəran”ın heyətinə qatmaq istədiyi 37 yaşlı hücumçu bildirib ki, bu cür təklifləri pula görə qəbul etməyəcək. Hakanın fikrincə, belə variantlar yalnız yaşı ötmüş, perspektivsiz futbolçular üçün maraqlı ola bilər: “Bəlkə də müəyyən yaş həddini keçdikdən sonra istənilən təklifi qəbul etmək olar. İndinin özündə Azərbaycan klublarında da bir çox futbolçular oynayır. Ona görə də vəziyyəti düzgün qiymətləndirmək lazımdır”.
0