Futbolçu lotereyada 150 min avro uddu
23.12.2008 - 18:17
Futbolçu lotereyada 150 min avro uddu
İspaniyanın “Numansiya” klubunun futbolçusu Mario Martines Yeni il lotereyasında 150 min avro pul udub. Apasport.az saytının məlumatına görə, klubla bağladığı müqaviləyə əsasən illik qazancı 200 min avro olan Mario bunun 2/3-ni bir dəqiqəyə əldə edib. Sevincinin hədd-hüdudu olmayan futbolçu pulu hara xərcləyəcəyini hələ bilmir: “Etiraf edirəm ki, yalnız Yeni il lotereyasında iştirak edirəm. Çünki məhz bu lotereya çox maraqlı və cəlbedicidir. Buna görə də yeganə uduşlu oyunda iştirakımın uğurlu alınması məni daha çox sevindirir. Bu qədər məbləği qazandığıma hələ də inana bilmirəm. Pulları hara xərcləməklə bağlı xüsusi planım yoxdur”.
Qeyd edək ki, Martines Primeronun hazırkı lideri “Barselona” klubunun qənimi hesab olunub. Cari mövsümdə yeganə qolunu “Barsa”ya vuran futbolçunun komandanın cari mövsümdə yeganə məğlubiyyətinin (0:1) baiskarıdır.
0