“Bakı”nın legioneri: Foqtsu Nigeriyada bəyənmirlər
23.12.2008 - 19:31
“Azərbaycandan təklif gələndə əvvəlcə bir qədər tərəddüd edirdim. Ölkəniz haqqında, buradakı futbol barəsində heç nə eşitməmişdim. Təklif sərfəli və ciddi olduğu üçün gəlməyə qərar verdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı” klubunun yeni transferi Ndayisaba Floribet deyib.
Klubun rəsmi saytına açıqlama verən burundili oyunçu milli komandasına da dəvət alır. Son klubu “Vital O” ilə ölkə çempionluğunu qazanan müdafiəçi bura sırf təsadüf nəticəsində gəldiyini və gördüklərindən şoka düşdüyünü bildirib: “Sırf bir təsadüf məni buraya gətirdi. Bir müddət komandanın oyunlarına baxdıqdan sonra təsəvvürüm formalaşdı. Baxışdan uğurla keçərək bu iddialı klubun üzvünə çevrildim. Berti Foqts kimi bir məşqçinin Azərbaycanda çalışması inanılmazdır. Foqtsu Afrikada tanımayan yoxdur. Nigeriyada onu o qədər də bəyənməsələr də, milli komandanızda uğur qazanacağına inanıram”.
“Bakı”nın qış fasiləsində digər yeni transferi də afrikalıdır. Seneqallı hücumçu Biaye Papa Chekouna ötən mövsüm Mavritaniya çempionatının bombardiri olub. O da “Bakı” ilə müqavilə imzalanma mərasimindən sonra sayta fikirlərini bildirib: “Nəhayət, klubla müqavilə imzaladıq. Bundan sonra mən də “Bakı”nın uğurları üçün tər tökəcəyəm. Burda niyə olduğumu, mənə necə inandıqlarını bilirəm. Bu etimadları doğrultmağa çalışacağam. Yaxşı formadayam, “Bakı” ilə Çempionlar liqasının qrup mərhələsində oynamağı arzulayıram”.

0
0