“Babayev azərbaycanlı futbolçuların dediklərinə dözmədi”
23.12.2008 - 21:44
“Babayev azərbaycanlı futbolçuların dediklərinə dözmədi”
“Təlim-məşq prosesində Azərbaycan komandası ilə yoxlama oyunu keçirdik. Matçın gedişində rəqib klubun üzvü futbolçumuzdan birini yıxdı. Bu zamanı rəqib komandanın ehtiyat oyunçular skamyasından “onun axırına çıx” qışqırığı eşidildi”. Apasport.az saytının məlumatına görə, bunu Ukraynanın yüksək liqasında mübarizə aparan Poltavanın “Vorskla” klubunun baş məşqçisi Nikolay Pavlov deyib.

Son bir ildə başçısı olduğu kollektivi avrokuboklara çıxaran təcrübəli mütəxəssis bildirib ki, “Vorskla” rəhbərliyin futbolçulara yaxşı münasibəti, verilən vədlərə əməl olunması sayəsində uğur qazanıb. Ancaq maraqlıdır ki, Pavlov Azərbaycanı məhz yuxarıda sözügedən xoşagəlməz olaya görə yada salıb: “Klubumuzun prezidenti Oleq Babayev azərbaycanca başa düşür. O, həmin matçda azərbaycanlıların dediklərinə dözməyərək, ehtiyat oyunçular skamyasına məsələni aydınlaşdırmağa qaçdı. Belə prezidentlə necə qələbə qazanmayasan?!”
0