Rusiya futbol yığması Azərbaycanda toplanış keçirmək istəyir
24.12.2008 - 10:34
Rusiya futbol yığması Azərbaycanda toplanış keçirmək istəyir
Rusiya milli komandası Azərbaycana gəlmək istəyir. Apasport.az saytının məlumatına görə, 19 yaşlılar arasında Avropa çempionatının ikinci seçmə mərhələsinə hazırlaşan rusiyalıların planlarına aydınlıq gəlib. Belə ki, Sloveniyada keçiriləcək turnirə qatılanadək şimal qonşularımız üç təlim-məşq toplanışı keçirmək niyyətindədir. Baş məşqçi Andrey Talalayevin yetirmələri fevralın 6-dan 12-dək Soçidə hazırlıq mərhələsində İrlandiya ilə iki yoxlama matçı keçirə bilər. Lakin eyni vaxtda Azərbaycanda toplanış keçirmək variantının olması rusları qeyri-müəyyənlikdə saxlayıb. İndi şimallılar Soçi ilə Azərbaycan arasında seçim etməlidir. Hazırlığın ikinci mərhələsini Türkiyədə keçirəcək Talalayevin komandasının sonuncu toplanışının yeri də hələ məlum deyil. Lakin birinci toplanış üçün təklif olunan, lakin seçilməyən variantın aprelin 26-dan mayın 2-dək gerçəkləşəcəyi də mümkündür.
0