Fatih Təkkə “Beşiktaş”a keçə bilər
24.12.2008 - 11:27
Fatih Təkkə “Beşiktaş”a keçə bilər
Türkiyə Superliqasının birinci dövrəsində və UEFA kubokunda uğursuz çıxış edən “Beşiktaş” heyətini gücləndirmək fikrindədir. Apasport.az saytının məlumatına görə, komandanın gündəmində olan ilk transfer Fatih Təkkədir.

Sankt-Peterburq “Zenit”inə məxsus olan hücumçunu sərəncamında şəxsən baş məşqçi Mustafa Dənizli görmək istəyir. Təcrübəli mütəxəssis bununla bağlı klub rəhbərliyinə raport təqdim edib.

Qeyd edək ki, Türkiyə yığmasının sabiq üzvü də “Zenit”dən ayrılmaq istəyir. Fatih Almaniyanın “Köln”, “Herta” və İspaniyanın “Betis” klublarının da maraq dairəsindədir.
0