Adriano “Fənərbaxça”ya gəlir?
24.12.2008 - 11:37
Adriano “Fənərbaxça”ya gəlir?
İtaliya çempionu “İnter”in əsas heyətinə düşə bilməyən Adriano Türkiyə superliqasında çıxış etməyə yaxındır. Apasport.az saytının məlumatına görə, bu iddia ilə İtaliya mətbuatı çıxış edib.

Nizam-intizam qaydalarına riayət etməyən braziliyalı hücumçu komandanın baş məşqçisi Joze Maurinyonun qəzəbinə tuş gəlib. Bir neçə dəfə məşqdən qovulan Adrianonun İtaliyanı tərk etmək istəyi isə “Fənərbaxça” rəhbərliyini hərəkətə keçirib. Onu İstanbul klubuna gəlməyə komandanın digər braziliyalı futbolçusu Roberto Karlos razı salıb.
Yüksək transfer qiyməti olan Adrianonun “Fənərbaxça”da icarə əsasında oynayacağı gözlənilir.
0