Messi: Türkiyə deyəndə ağlıma “Qalatasaray” gəlir
24.12.2008 - 11:39
Messi: Türkiyə deyəndə ağlıma “Qalatasaray” gəlir
“Türkiyə klublarından təklif almamışam. Hazırda şərəfini qoruduğum “Barselona”da özümü yaxşı hiss edirəm. Mənə istənilən şərait yaradılıb. Amma futbolda hər şey mümkündür. Günlərin birində karyeramı Türkiyəndə davam etdirməyi düşünəcəyim istisna deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi deyib.

Özbəkistan Futbol Federasiyasının dəvəti ilə Daşkəndə nümunəvi çıxış göstərməyə gələn 21 yaşlı yarımmüdafiəçi keçirdiyi mətbuat konfransında bildirib ki, Türkiyə komandalarını yaxşı tanımır: “Türkiyə deyiləndə, ağlıma gələn ilk ad “Qalatasaray”dır”.

Messi “Fənərbaxça”nın ispaniyalı baş məşqçisi Luis Araqones və onun həmyerlisi, hücumçu Daniel Quizadan da danışıb. O vurğulayıb ki, həm Araqones, həm də Quiza İstanbul klubunda potensialını tam göstərə bilməyib: “Onların zamana ehtiyacları var. “Fənərbaxça” son vaxtlar irəliləyişə nail olub. Arqones və Quizanın bu komanda üçün daha da faydalı olacağını düşünürəm”.
0