Azərbaycan çempionunun futbolçuları 5 manat maaş alır
24.12.2008 - 12:11
Azərbaycan çempionunun futbolçuları 5 manat maaş alır
“Turan” klubunun maliyyə böhranından çıxdığı ilə bağlı xəbərlər təsdiqini tapmayıb. Bu barədə Peşəkar Futbol Liqasının saytına komandanın mətbuat katibi Rasim Əliyev deyib.

Onun sözlərinə görə hələlik ortada konkret bir şey yoxdur: “Komanda göz görə-görə “Titanik” kimi batır. Sumqayıt, Gəncə və Mingəçevir kimi futbol məktəblərinin çempionatdan kənar qalmasından sonra birinciliyin səviyyəsi aşağı düşübsə, “Turan”ın süqutunun nə demək olduğunu şərh etməyə ehtiyac yoxdur”.

Apasport.az saytının məlumatına görə, Əliyev onu da əlavə edib ki, Premyer Liqanın birinci dövrəsinin son oyunundan sonra hər futbolçu 5 manat (!) maaş alıb: “Biletin 7 manat olduğunu nəzərə alsaq, onların Bakıya necə döndüyündən xəbərimiz yoxdur”.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycan çempionu kimi avrokuboklarda mübarizə aparan “Turan” tarixinin ən ağır günlərini keçirir. Komanda birinci dövrədə keçirdiyi 13 oyundan sonra topladığı 4 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
0