“Olimpik”in baxışa çağırdığı futbolçu “Xəzər-Lənkəran”da
26.01.2009 - 17:43
“Olimpik”in baxışa çağırdığı futbolçu “Xəzər-Lənkəran”da
Antalyada hazırlığını davam etdirən “Xəzər-Lənkəran” baxışa daha bir legioner çağırıb. Apasport.az saytının məlumatına görə, Lənkəran təmsilçisinin baş məşqçisi gənc litvalı yarımmüdafiəçi Nerijus Vasilyauskası sınamağı qərara alıb.

“Xəzər-Lənkəran”a yeni qoşulan Nerijus Vilnüsün “Jalqiris” klubundan gəlib. 32 yaşlı Vasilyauskas 1,82 metr boya malikdir. Litvalının yarımmüdafiənin hər iki cinahında oynamaq bacarığı “Xəzər-Lənkəran” ona olan marağını artırıb. Nerijus karyerası boyu vətənində Vilnüsün digər təmsilçisi “Vetra”da da çıxış edib. Rusiyada “Lokomotiv” (Nijni-Novqorod), Polşada Plok şəhərinin “Orlen” və “Visla”, Ukraynada “Tavriya”da çıxış edən Vasilyauskas Azərbaycana da gəlib. Belə ki, bu futbolçunun ötən ilin yayında Bakının “Olimpik” klubuna keçidi gündəmdə idi. “Olimpik”də baxışda olan Nerijusun adı hətta UEFA kubokunda Serbiyanın “Voyvodina” klubu ilə oyuna iştirak ərizəsinə də daxil olmuşdu. Ancaq transfer son anda baş tutmadığı üçün litvalı “Jalgiris”in heyətinə qatılmalı olub.

Qeyd edək ki, “Xəzər-Lənkəran” Vasilyauskasdan öncə baxışa gələn, əslən əlcəzairli olan İsveç vətəndaşı Nadir Bençena haqda Antalyadan qayıdandan sonra qərar verəcək.
0