Milli komandamız üçün Moskvada 3 otel seçilib
26.01.2009 - 19:05
Milli komandamız üçün Moskvada 3 otel seçilib
Martın 28-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində səfərdə Rusiya ilə qarşılaşacaq Azərbaycan yığmasının Moskvada məskunlaşması üçün otel axtarışları aparılıb. AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına verdiyi məlumata görə, bu məqsədlə yığmanın inzibatçısı İslam Abbasov Rusiya paytaxtında ezamiyyətdə olub.

Milli komandamızın inzibatçısı Moskvada 3 oteli bəyənib. AFFA rəhbərliyi bu otellər arasından birini seçərək, fevralın 10-dək Rusiya Futbol İttifaqına yekun cavab göndərməlidir.

Elxan Məmmədov qeyd edib ki, yığmamız Moskvaya martın 26-da yollanacaq. Futbolçularımız oyunqabağı son məşqə martın 27-də, qarşılaşmanın keçiriləcəyi “Lujniki” stadionunda çıxacaqlar.
0