“Kocaelispor” üçün şans
26.01.2009 - 19:38
“Kocaelispor” üçün şans
Azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun heyətində yer aldığı Türkiyənin “Kocaelispor” klubu maddi vəziyyətini yaxşılaşdırmaq imkanı əldə edib. Apasport.az saytının məlumatına görə, Superliqada 18 komanda arasında 17-ci yerdə qərarlaşan İzmit təmsilçisi yarım milyon dollar qazana bilər. Bunun üçün “Kocaelispor”a cari mövsümün sonunda ən az cəzalanan komanda kimi “Türkcell Fair Play Liqi”də çempionluğu qazanmaq lazımdır. 2008/09 mövsümünün sonunda ədalət prinsiplərinə görə, 1-ci yeri tutan komanda 500, 2-ci yeri tutan 300, 3-cü yeri tutan 200 min dollar məbləğində mükafat əldə edəcək. Türkiyə Futbol Federasiyası Superliqanın əsas sponsoru “Türkcell” ilə birgə “Türkcell Fair Play Liqi” üçün ümumilikdə 1 milyon dollar mükafat ayırıb.
0