Yığmamız rusları da böyük hesabla üstələdi
26.01.2009 - 22:17
Yığmamız rusları da böyük hesabla üstələdi
Bu gün Bakıda təşkil olunan beynəlxalq futzal turnirində ikinci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk turda Gürcüstanı 6:2 hesabıyla darmadağın edən Azərbaycan yığması bu dəfə Rusiyanın “Kaspi” klubu üzərində böyük hesablı qələbə qazanıb – 8:2. Digər oyunda Gürcüstan Moldovanı 2:1 hesabı ilə məğlub edib.

Milli komandamız üçüncü turda Moldova ilə qarşılaşacaq.
İki turdan sonra Azərbaycan yığması 6 xalla vahid liderdir. Moldova və Gürcüstan hərəyə 1 qələbə qazanıbsa, “Kaspi” hər iki görüşdə uduzub.
0