“Slaviya” milli komanda ilə oynamaqdan imtina etdi
27.01.2009 - 10:47
“Slaviya” milli komanda ilə oynamaqdan imtina etdi
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışı keçirən Azərbaycan milli komandasının fevralın 1-də qarşılaşacağı Özbəkistan yığmasının hazırlıq planında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, komandamızın 2009-cu ildə keçirəcəyi ilk yoxlama matçındakı rəqibinin Çexiyanın “Slaviya” klubu ilə sınaq görüşü baş tutmayacaq. Belə ki, millimizlə qarşılaşmadan iki gün əvvəl, yanvarın 30-da Praqa təmsilçisi ilə qarşılaşmalı olan Özbəkistan başqa komanda ilə oynamaq məcburiyyətində qalıb. Buna “Slaviya”nın asiyalılarla görüşməkdən imtina etməsi səbəb olub. Əvəzində yerli klublarla danışıqlar aparan özbəklər yanvarın 30-da “Əl-Nəsr”lə görüşmək haqda razılıq əldə edib.
Qeyd edək ki, “Slaviya” Azərbaycan milli komandası ilə də qarşılaşacaq. Həmin yoxlama görüşünün fevralın 7-də keçirilməsi razılaşdırılıb.
0