Rusiya - Azərbaycan görüşünün başlanma vaxtı dəqiqləşdi
27.01.2009 - 10:50
Rusiya - Azərbaycan görüşünün başlanma vaxtı dəqiqləşdi
Azərbaycan milli komandasının cari seçmə mərhələ çərçivəsində Rusiya ilə qarşıdakı rəsmi oyununun başlanma vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın ruslarla martın 28-də Moskvanın “Lujniki” stadionunda keçiriləcək görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Şənbə gününə təsadüf edən matçın belə tez başlanmasına səbəb oyunun istirahət günü keçirilməsidir. Bundan əlavə, bizdən fərqli, Rusiya yığmasının aprelin 1-də də rəsmi oyunu var və şimal qonşularımız yanvarın 30-da Lixtenşteynə yollanacaq. Vaduts şəhərində “Raynparkştadion”da keçiriləcək Lixtenşteyn – Rusiya görüşü Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

Qeyd edək ki, qarşıdakı rəsmi oyunlara hazırlıq məqsədilə Antalyada təlim-məşq toplanışına yollanacaq Rusiya yığması fevralın 8-də səhər saatlarında “Vnukovo” hava limanından çarter reysilə Türkiyəyə yollanacaq. “Cornelia Diamond” otelində məskunlaşacaq ruslar ötən il Antalyada istifadə etdiyi meydançalarından yararlanacaq. Milli komandanın qaldığı “Cornelia De Lux” otelində isə bu dəfə Rusiyanın gənclər yığması məskunlaşacaq. Milli komandamızla oyun öncəsi gənclərlə birgə hazırlıq keçəcək Rusiyanın əsas yığması fevralın 12-də Moskvaya qayıdacaq.
0