Milli komandamızın rəqibi qalib gəldi
27.01.2009 - 12:04
Milli komandamızın rəqibi qalib gəldi
Fevralın 7-də Azərbaycan yığması ilə qarşılaşacaq Çexiyanın “Slaviya” klubu növbəti sınaq matçını görüşünü keçirib. Apasport.az saytının məlumatına görə, komandamızla oyunun baş tutacağı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə sabah yola düşəcək Praqa təmsilçisi “Teplitse” ilə qarşılaşmada qüvvəsini sınayıb. Baş məşqçi Karel Yarolimin yetirmələri bu matçda qalib gəlib - 2:1. Millimizin rəqibinin qollarını Qoçe Toleski və “Liverpul”dakı çıxışları ilə tanınan Vladimir Şmitser vurub.
Qeyd edək ki, Çexiya çempionatının güclülər dəstəsində keçirilən 16 turdan sonra “Slaviya” birinci pillədə qərarlaşıb.
0