“Neftçi” klubunda 900 min avroluq futbolçu
27.01.2009 - 14:24
“Neftçi” klubunda 900 min avroluq futbolçu
Azərbaycanlı futbolçuların transfer qiyməti bahalaşıb. Apasport.az saytının məlumatına görə, iki ay əvvələdək ölkəmizin ən bahalı futbolçusu Türkiyə “Boluspor”unda çıxış edən İlqar Qurbanov (650 min avro) sayılırdısa, indi bu rekord başqa oyunçuya məxsusdur.

Hazırda ən bahalı azərbaycanlı futbolçu Rail Məlikovdur. “Neftçi”nin 24 yaşlı müdafiəçisini transfer etmək istəyən klub 900 min avro xərcləməlidir. Bu siyahıda ikinci yeri “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev tutur - 800 min avro.

Yeri gəlmişkən, yığmamızın serb əsilli hücumçusu, “Srvena Zvezda”nın şərəfini qoruyan Branimir Subaşiçin də transfer qiyməti eynidir. Lakin söhbət milliyyətcə azərbaycanlı futbolçulardan getdiyindən, Subaşiçi nəzərə almırıq. Ən bahalı azərbaycanlı futbolçuların siyahısında 3-cü pillədə “Xəzər-Lənkəran”lı Kamran Ağayev qərarlaşıb (450 min avro).

İlqar Qurbanovun transfer qiyməti isə 650 min avrodan 400 min avroya düşüb. Ötən həftə “Neftçi”dən “Kocaelispor”a keçən Rəşad Sadıqov 300 min avro dəyərində göstərilib.

Mənbə: www.transfermarkt.de
0