Azərbaycan çempionatında “lipa” tapıldı
27.01.2009 - 15:29
Azərbaycan çempionatında “lipa” tapıldı
Bu gün AFFA-nın Nizam-İntizam Komitəsinin növbəti iclası keçirilib. Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, komitə üzvləri həvəskar futbolçular arasında ölkə birinciliyinin “Qafqaz Universiteti” – “Neftçi-2” oyununda baş verənləri müzakirə edib. Bu görüşün 87-ci dəqiqəsində hakimi təhqir edən “Neftçi-2”nin futbolçusu Kamran Babayev 2 oyunluq yarışlardan kənarlaşdırılıb. Babayevlə yanaşı, “ağ-qaralar”ın məşqçisi Şahin Şahhüseyni də cəzaya layiq görülüb. O, hakimi təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılıb.

“Qafqaz Universiteti” komandasının heyətində adı iştirak ərizəsində olmayan futbolçu oynadığı aşkarlanıb. Belə ki, matç başa çatdıqdan sonra oyunun baş hakimi və inspektoru hər iki komandanın məşqçisinin iştirakı ilə “Qafqaz Universiteti”nin 4№-li futbolçusu Şəfi Şəfiyevi hakimlər otağına çağırıb. Onunla söhbətdə həmin oyunçunun “Qafqaz Universiteti”nin futbolçusu olmadığı aydınlaşıb. Bu səbəbdən NİK tərəfindən “Qafqaz Universiteti”nə 0:3 hesablı texniki məğlubiyyət verilib.
0