Elxan Məmmədov: MOİK-in məsələsinə gələcəkdə baxılacaq
27.01.2009 - 16:07
Elxan Məmmədov: MOİK-in məsələsinə gələcəkdə baxılacaq
“Həqiqətən də Premyer Liqa klubları arasında yalnız MOİK lisenziyalaşdırma sənədlərini AFFA-ya təqdim etməyib. Ancaq hələlik bu proseslə bağlı yekun qərar verilməyib”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi, Lisenziyalaşdırma qrupunun rəhbəri Elxan Məmmədov deyib.

Məmmədov bildirib ki, qarşıda 2009/10 mövsümündən etibarən Premyer Liqada oynamaq istəyən klubların daxili çempionat üçün nəzərdə tutulan lisenziya proqramının iki mərhələsi durur: “MOİK “İdman və infrastruktur” meyarları üzrə sənədləri göndərməyib. Bundan başqa, “Kadr və inzibati”, eləcə də “Maliyyə” meyarları üzrə sənədlər toplanacaq. MOİK və ya sənədlərini verməyəcək digər klubun məsələsinə həmin vaxt baxılacaq, yekun qərar çıxarılacaq”.
0