“Kocaelispor” “Qalatasaray”ı da arxada qoydu
27.01.2009 - 16:47
“Kocaelispor” “Qalatasaray”ı da arxada qoydu
Türkiyə çempionatının ilk iki dəstəsində çıxış edən futbol klublarının borclarının məbləği açıqlanıb. Apasport.az saytının məlumatına görə, azərbaycanlı futbolçular Rəşad Sadıqovla Ramal Hüseynovun çıxış etdiyi “Kocaelispor” borclu komandaların siyahısında zirvəni ələ keçirib. Belə ki, İzmit təmsilçisinin 37 milyon 648 min 271 lirə (18 milyon 613 min 305 manat) borcu var. Bu sıralamada ikinci pillə “Qalatasaray”a məxsusdur İstanbulluların borcu 33 milyon 328 min 410 lirədir. Bu iki komandanın ümumi borcunun 70 milyonu keçdiyi vaxtda Superliqanın digər 16 təmsilçisi üst-üstə təxminən 18 milyon ödəməlidir. Belə ki, güclülər dəstəsi komandaları ümumilikdə 88 milyon 845 min 937 lirə borcun içindədir. “Beşiktaş”, “Ankaraspor”, “İstanbul Böyükşehir Belediyespor”, “Genclerbirliyi”, “Hacettepe”, “Kayserispor” ve “Sivasspor”un isə burcu yoxdur.
0