Uğur Yıldırım çarpayıdan yıxıldığı üçün “Neftçi”dən gedib?
27.01.2009 - 16:53
Ötən ilin sonlarında “Neftçi”nin baxışa çağırıb bəyənmədiyi Uğur Yıldırım Hollandiya mətbuatının diqqət mərkəzindən düşmür. Apasport.az saytının məlumatına görə, türk əsilli hollandiyalı futbolçu yerli mətbuata açıqlamalarında macəralarından danışıb.
İngiltərə və Hollandiya klubları kimi, Bakıda da baxışda olduğunu bildirən Uğur başına gələn kuryoz hadisənin şokundan ayılmayıb: “Mənim əvvəl oynadığım komandada vitse-kapitan olan İvan Svetkov da orada oynayır. Mənə ora getməməyi tövsiyə etmişdi. Oralara uyğunlaşa bilməyəcəyimlə məni qorxudurdu. Amma mən hər şeyi öz gözlərimlə görmək istəyirdim. Hətta klubun qaldığı bazada da yatmağa hazır idim. Və ilk gecə yatmağa yollananda çarpayı aşdı və yerə sərildim. Tez həyat yoldaşıma zəng edib dedim ki, bura mənlik deyil. Amma təyyarənin vaxtına hələ bir həftə qaldığından gözləməli idim”.
Qeyd edək ki, Yıldırım Türkiyənin aşağı dəstəsində çıxış edən “Kasımpaşa” ilə müqavilə bağlayıb.

- Cənubi Koreyada DÇ fiaskosuna dövlət müdaxiləsi - Prezident araşdırma tələb etdi
- “Qalatasaray” Sançez üçün "qapını açdı" - Təklif gələrsə, satıla bilər
- Qrupda qaldılar: Cənubi Koreyanın baş məşqçisi istefa verdi
- “Çelsi”dən sürpriz transfer həmləsi: LONDONA QAYIDIR
- “Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
0
0