Xodukin: Siz hansı transferdən danışırsınız?
28.01.2009 - 00:11
Xodukin: Siz hansı transferdən danışırsınız?
Moskvada keçirilən “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yarımfinalında uduzduqdan sonra yenidən Antalyaya qayıdan Bakının “İnter” klubu hazırlığın ikinci mərhələsinə başlayıb. Bu barədə apasport.az saytına açıqlama verən komandanın ukraynalı çalışdırıcısı Valentin Xodukinin sözlərinə görə, hələlik yeni transferlər reallaşdıra bilməyiblər: “Köhnə heyətlə məşqlərimizi davam etdiririk. Üç futbolçumuz - Samir Abbasov, Elvin Məmmədov və Cavid Hüseynov Azərbaycan yığmasının Dubaydakı təlim-məşq toplanışı ilə əlaqədar düşərgəmizi tərk edib. Kabo-Verdedən olan futbolçu ilə müqavilə bağlamamışıq. Siz hansı transferdən danışırsınız? O, hələ düşərgəmizə gəlmədiyi halda, necə onunla anlaşa bilərik? Kabo-Verdeli müdafiəçini Moskvaya yollanana qədər yoxladıq. “Birlik kuboku”ndan qayıdandan sonra onu yenə sınamağımız nəzərdə tutulub”.
0