Branimir Subaşiç: İki günə taleyimə aydınlıq gəlməlidir
28.01.2009 - 00:17
“Hazırda “Srvena Zvezda”nın düşərgəsindəyəm. Gündə iki dəfə olmaqla, məşqlərdə iştirak edirəm. Ancaq bu komandadan getməklə bağlı fikrimi dəyişməmişəm”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç deyib.
“Srvena Zvezda” buraxmadığı üçün milli komandamızın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təlim-məşq toplanışına yollana bilməyən 27 yaşlı hücumçu klubunda hazırlığı davam etdirir. Subaşiç qarşıdakı günlərdə xoş xəbər gözləyir: “İki günə taleyimə aydınlıq gəlməlidir. Adını açıqlamaq istəmədiyim komandadan cavab gözləyirəm. Avropada “transfer pəncərəsi” yanvarın 31-də bağlanır. Həmin vaxta kimi məsələmi həll etməliyəm”.

- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0