“Subaşiç epopeyasına qayıtmaq istəmirik”
27.01.2009 - 21:31
“Subaşiç epopeyasına qayıtmaq istəmirik”
Azərbaycan çempionu “İnter” hücumçu axtarışında olsa da, “Srvena Zvezda”dan ayrılmaq istəyən Branimir Subaşiçi transfer etmək niyyətində deyil. Bu haqda apasport.az saytına klubun prezidenti Georgi Nikolov məlumat verib. Onun sözlərinə görə, artıq serbiyalı futbolçunun hərəkətindən nəticə çıxarıblar: “Subaşiç mövzusu bizim üçün artıq çoxdandır bağlanıb. Onu ötən yay transfer etmək istəyirdik və ilkin razılığını da almışdıq. Ancaq sonradan Serbiyadan bizə zəng edən Branimir “Srvena Zvezda” variantının ortaya çıxdığını və bu kluba keçmək istədiyini dedi. Bununla da, Çempionlar Liqası öncəsi hücumçuya ehtiyacı olan komandamızı çətin vəziyyətdə qoydu. Bir sözlə, Subaşiç epopeyasına qayıtmaq istəmirik”.
0