Maslaçenko bu gün jurnalistlərə görüşəcək
28.01.2009 - 11:22
Maslaçenko bu gün jurnalistlərə görüşəcək
Rusiyanın məşhur idman şərhçilərindən olan Vladimir Maslaçenko Azərbaycana gəlib. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən apasport.az saytına verilən məlumata görə, Moskvanın “Spartak” klubunun sabiq qapıçısı bu gün başa çatan II Bakı Beynəlxalq Futzal Turnirinin bağlanış mərasimində iştirak edəcək. Saat 12:00-da isə Maslaçenko AFFA tərəfindən inşa olunmuş Futbol akademiyasında jurnalistlər üçün master-klass keçirəcək.

Qeyd edək ki, Ukraynada yaşayan futbol veteranlarımız Əhməd Ələsgərovla Nikolay Boqdanov da AFFA-nın dəvəti ilə futzal turnirinin bağlamış mərasimində iştirak etmək üçün Bakıya gəlib.
0